Ana səhifə
16 Dekabr 2017

Azər Xəlilov: "TV-də bu vəziyyətin yaranmasına səbəb olan verilişlərə ehtiyac qalmayıb"

ATV-yə bu gün rəhbər təyin olunan Azər Xəlilov işdən çıxarılanlarla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Ucnoqta.az xəbər verir ki, o, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hələlik kimlərinsə işdən kütləvi şəkildə çıxarılmasından söhbət gedə bilməz:
“Bu dəqiqə bizim kimlərisə işdən uzaqlaşdırmağımızdan danışmaq doğru deyil. Getmək istəyənlərin isə qarşısını kəsmək olmaz. Bu ana olan reallıq ondan ibarətdir ki, işdən getmək üçün 3 nəfər ərizə yazıb və qəbul edilib. Onların arasında Vüqar Qaradağlının qaynı və kanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov da var”. 
A. Xəlilov bildirib ki, bir həqiqət də var ki, TV-də bu vəziyyətin yaranmasına səbəb olan “ATV-Səhər” və “Yoxlama” verilişlərinə artıq ehtiyac qalmayıb.
Yeni rəhbər deyib ki, ilk işi ATV-nin yaradıcı kollektivi ilə görüşüb situasiyanı təhlil etmək və kanalın doğru istiqamətdə irəliləməsini təmin etməkdir.
O, “CBC”də fəaliyyətini davam etdirib etdirməyəcəyi ilə bağlı məsələnin hələlik konkretləşmədiyini də vurğulayıb.

Tarix
26 Sentyabr 2017 [17:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ