Ana səhifə
17 Dekabr 2017

ABŞ İraq kürd muxtariyyətində keçirilən referendum ilə əlaqədar mövqeyini açıqlayıb

ABŞ Dövlət Departamenti sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendum ilə əlaqədar mövqeyini açıqlayıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun sözçüsü Hezer Nauert (Heather Nauert) yazılı bəyanatında sərhədlərin dəyişdirilməsinə yönəlik hərəkətlərə qarşı olduğunu bildirib.
O, referendum barədə kürd muxtariyyətinin təktərəfli qərar qəbul etməsindən təəssüf hissi keçirdiklərini qeyd edib.
“Bu addımın kürd muxtariyyəti və xalqı üçün qeyri-sabitlik və çətinlikləri artıracağına inanıram”, - bəyanatda deyilir.
Nauert ABŞ-ın federal, demokratik və çiçəklənən bir İraqı dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

Tarix
26 Sentyabr 2017 [11:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ