BP-də tüstülənmənin səbəbi məlum olub

16:05 - 25 Sentyabr 2017 - HADİSƏ

Bakıda BP şirkətinin ofisində tüstülənmə olub. Hadisə şirkətin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində baş verib.
Şirkətin binasının birinci mərtəbəsindəki idman zalında naqillərdə qısaqapanma olub. Qısaqapanma ilə əlaqədar şirkətin binada olan bütün işçiləri təxliyə edilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası cəlb edilib və qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.
BP şirkətindən Trend-ə bildiriblər ki, hadisənin qarşısı tam alınıb və naqillərdəki problem aradan qaldırılıb. Hazırda binada iş davam edir.

Xəbər xətti