Türk ordusu İraqın şimalını vurdu

12:36 - 25 Sentyabr 2017 - DÜNYA

Türk ordusu İraqın şimalındakı Zap və Avasin bölgələrinə aviazərbələr endirib. Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı bölgədəki terrorçulara məxsus sığınacaqlar, silah anbarları, atəş nöqtələri məhv edilib.
Bölgədə əməliyyatların davam edəcəyi bildirilib.
Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referenduma start verilib. Türkiyə referendum keçiriləcəyi təqdirdə Bərzani hökumətinin ağır bədəl ödəyəcəyini bildirib.

Xəbər xətti