Ana səhifə
26 Sentyabr 2018

Nazirlik Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

 "Şair Mirzə Ələkbər Sabirin sökülən ev muzeyi orijinal deyildi". Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
O qeyd edib ki, illər əvvəl şairin ev muzeyi yararsız vəziyyətdə olduğu üçün sökülüb və yerində hazırki bina tikilib: "İndi xüsusi layihə əsasında Sabirin evinin orijinalı yenidən inşa edilir".

Qeyd edək ki, Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək.

Tarix
22 Sentyabr 2017 [17:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin