Ana səhifə
17 Oktyabr 2017

Milli Məclisdə çıxış edən erməni deputat: “Anam bakılıdır, şəhəri bir az tanıyıram”

“Sonuncu dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. Mənim 13 yaşım var idi. Bu, Dağlıq Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəl idi. Mənim anam bakılıdır, şəhəri bir az tanıyıram. Burada evim var idi. Sevinirəm ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər”.“Report”un xəbərinə görə, bunu Milli Məclisdə, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” mövzusunda keçirilən konfrans çərçivəsində Bakıda səfərdə olan Ermənistanın bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.
O bildirib ki, belə bir məsələ parlament və ya siyasi gündəlikdə olmazsa, Azərbaycan gəlmək üçün başqa şans yoxdur: “Eyni zamanda, azərbaycanlılara Ermənistana gəlmək üçün başqa şans tapmaq çətin məsələdir”.

Tarix
22 Sentyabr 2017 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ