Ana səhifə
15 Noyabr 2018

Əməkdar artistdən həmkarlarına: Yəqin, onlar toydan sonra da lazım olurlar

Əməkdar artist Zöhrə Abdullayeva qalmaqallı açıqlama verib. Ucnoqta.az axşam.az-a istinadən bildirir ki, müğənni yaşlı sənətkarlara “Qatarı gedib” deyənləri verilişdə tənqid edib. “Bizim yaşımıza çatanda, onların faytonu da getmiş olacaq. Biz Şövkət Ələkbərova kimi sənətkar yanında su belə içməyə utanırdıq. Sənətin qatarı getmir. İndi restorandan çıxan müğənnilər elə böyük danışırlar ki... Bizim qəlbimizə dəymək olmaz. Bir neçə ay əvvəl görürəm, iki müğənni deyir ki, o, Məmmdbağırla sözünü deyib, bitirdi. Onu deyən mənim bircə boğazımdan edə bilsin. İndi bərk gedir, toylara lazımdır. Yəqin, onlar toydan sonra da lazım olurlar. O biri deyir, vaxtı qurtarıb. İllərimi sənətə vermişəm. Sizin nə ixtiyarınız var, belə deyirsiniz? Hələ də Zeynəb Xanlarovaya günəş kimi baxırıq. Biz pomidoruq, çürüyək? Yoxsa qatıq, xamayıq, tariximiz keçir? Danışıqlarına fikir versinlər. Düşünsünlər, danışsınlar. Mənim üçün mənfi danışsalar, başqa cür cavab verəcəyəm”.

Tarix
20 Sentyabr 2017 [15:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin