Meksikadakı dəhşətli zəlzələ anı - VİDEO

10:56 - 20 Sentyabr 2017 - HADİSƏ

Dünən Meksikada Bakı vaxtı ilə saat 22:14-də 7.1-7,4 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 149-a çatıb. Axar.az xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən Pueblo-de-Saraqosa şəhəri yaxınlığında baş verən təbii fəlakət nəticəsində xeyli yaşayış binası, inzibati tikililər dağılıb. Paytaxt Mexikoda da güclü şəkildə hiss edilən zəlzələ səbəbindən Benito Xuares adına beynəlxalq hava limanı fəaliyyətini dayandırıb. Ölkədə 4 milyondan çox insan işıqsız qalıb. Meksika hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

 

Xəbər xətti