Bakıda "Gazelli"nin zavodu yanır- VİDEO

16:31 - 19 Sentyabr 2017 - HADİSƏ

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb. Ucnoqta.az xəbər verir ki, hadisə şahidlərinin baku.ws-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. Nazirlikdən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər. 

 

Xəbər xətti