Ana səhifə
22 Sentyabr 2018

İsti hava davam edəcək

Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz  cənub-şərq küləyi  ilə əvəz olunacaq. ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  17-21° isti, gündüz  30-35° isti, Bakıda gecə  18-20°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.   Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Tarix
18 Sentyabr 2017 [12:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin