Rusiyada şaxtada qəza: 1 nəfər ölüb

17:23 - 14 Sentyabr 2017 - DÜNYA

Komi respublikasında mədəndə qəza baş verib. Trend-in məlumatına görə, qəza ilə bağlı regionun fəvqəladə xidməti xəbər yayıb. Son məlumata görə, qəza zamanı 109 işçinin mədəndə olması bildirilir. ilkin məlumata görə bir nəfər ölüb.
Verilən ilkin məlumata görə, mədən "Lukoyl" şirkətinin strukturuna daxildir.
Mədəndə qəzanın baş vermə səbəbləri barədə hələ məlumat yoxdur. Hadisə yerinə xilasedicilər və tibbi heyyət cəlb edilib.

Xəbər xətti