Daşkəsəndə kişi arvadını boğaraq öldürüb

11:34 - 14 Sentyabr 2017 - HADİSƏ

Daşkəsəndə qətl hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb. 
Ailənin bir övladı var.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Xəbər xətti