Sabaha olan hava məlumatı açıqlanıb

12:34 - 12 Sentyabr 2017 - ÖLKƏ İÇİ

Sabaha olan hava məlumatı açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Xəbər xətti