Tovuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

12:21 - 9 Sentyabr 2017 - HADİSƏ

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 5 nəfər xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti