Ana səhifə
25 Noyabr 2017

Bakıda doğranmış insanın başı da tapıldı

Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Bu haqda Sputnik Azərbaycan-a Suraxanı rayon hüquq-mühafizə orqanlarından bildiriblər. Xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları “Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər. Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayb. Habelə onun kəsilmiş qolları da hələ tapılmayıb. İstintaq-əməliyyat tədbirləri davam edir.

Tarix
7 Sentyabr 2017 [14:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ