Naməlum şəxs polislərə atəş açıb: ölən və yaralananlar var

09:25 - 31 Avqust 2017 - HADİSƏ

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində naməlum şəxs 1 polisi güllələyib və daha 2 nəfəri yaralayıb. Ucnoqta.az-ın "Report"a istinadən məlumat verir ki, məlumata görə, atışma otellərdən birində olub. Hadisə zamanı polis şerifinin müavini ağır yaralanıb. O, sonradan ölüb. Yaralı polislər xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs avtomobillə ərazidən qaçaraq gizlənib. Lakin sonradan yaxalanıb. Onun da həmçinin yaralandığı bildirilir. Hüquq-mühafizə orqanları hadisəni təhqiq edir.

Xəbər xətti