Azərbaycan milli komandası Norveçə yollanıb - FOTO

14:40 - 30 Avqust 2017 - İDMAN

 Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq Azərbaycan milli komandası Osloya yola düşüb.Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə səfərə çıxıb. Yığma ilə birgə Skandinaviya ölkəsinə veteran futbolçular - AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov da uçub.  
Qeyd edək ki, sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.report

Xəbər xətti