"Qarabağ"ın ev oyunlarının keçiriləcəyi stadion açıqlanıb

14:39 - 25 Avqust 2017 - İDMAN

Çempionlar Liqasında "Qarabağ"ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb. Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Beləliklə, komandanın ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyəcəyi qətiləşib.
Qeyd edək ki, Ağdam komandası sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko" və noyabrın 22-də İngiltərənin "Çelsi" klubları ilə Bakıda qarşılaşacaq.
“Qarabağ”ın rəqiblərindən olan "Atletiko" ev oyunlarını "Estadio Metropolitano", “Çelsi” əvvəlkitək "Stemford Bric", “Roma” isə "Olimpiko" stadionunda keçirəcək.qol.az

Xəbər xətti