Ana səhifə
16 Noyabr 2018

Yuğ Dövlət Teatrı beynəlxalq festivalda

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir. Festival Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycanı təmsil edən Yuğ Dövlət Teatrının yaradıcı heyəti artıq Qazaxıstandadır. Teatr Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə 26 avqust tarixində qazaxıstanlı tamaşaçıların görüşünə çıxacaq. 

Festivalda Yuğ Dövlət Teatrı ilə (Azərbaycan) yanaşı, “Ayna” teatr qrupu (İran), Noqay Dövlət Dram Teatrı (Dağıstan), Həştərxan Dövlət Dram Teatrı (Həştərxan), Auezov adına Qazax Dövlət Akademik Dram teatrı, Janturina adına Musiqili Dram teatrı (Qazaxıstan) və başqa teatrlar iştirak edir.
Beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edir. 

Tarix
24 Avqust 2017 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin