“Qarabağ” tarix yazmaq ərəfəsində

11:01 - 23 Avqust 2017 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxacaq. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olacaq. 
Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimalhesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək. 
Bu, baş verərsə, “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək. qol.az


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşü

23 avqust

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko 
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla 
Kopenhagen. “Parken” stadionu

Xəbər xətti