Şahdağ Millli Parkında yanğın olub

10:44 - 20 Avqust 2017 - Xəbər

Şahdağ Millli Parkında yanğın hadisəsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb. Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib. Hazırda yanğın lokallaşdırılmaq üzrədir.  

Xəbər xətti