Ana səhifə
24 İyun 2018

“Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir"

Xəbər verdiyimiz kimi, güləş üzrə Azərbaycan milli komandası avqustun 21-26-dək Fransada keçiriləcək dünya çempionatına hazırlaşır. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Olimpiya Güləş Mərkəzində bu gün komandamızın növbəti toplanışı baş tutub.  Məşq prosesindən sonra Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov və AGF-in yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev açıqlamalar veriblər.  İlk öncə media önünə Elçin Cəfərov çıxıb. O, komandamızın son durumundan danışıb: “Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir. Son söz-söhbətlər artıq bitdi. Biz indi çox böyük turnirə hazırlaşırıq. İdmançılarımızdan yüksək nəticələr gözləyirik. Ab-hava da çox yaxşıdır. Hər şey yerindədir. Hər kəs öz işi ilə məşğul olur. Hər komandadan 2-3 medal gözləyirik. Bu da bizə ilk “5-liy”ə düşmək şansı verir. Edilən etiraz aksiyasına görə aramızda heç bir inciklik yoxdur. Hərənin bir fikri var. İdmançılar da öz fikirlərini deyiblər. Kimin haqlı olduğunu zaman göstərəcək. İdmançılarla üz-üzə söhbətlərimiz də olub və olacaq da.  Bu hadisə hər bir sahədə ola bilər”. Daha sonra Namiq Abdullayev jurnalistlərin suallarını cavablandırıb: “Komandamız ruh yüksəkliyi ilə bu turnirə hazırlaşır. Yaxşı hazırlıq keçiblər. Dünya çempionatından qızıl medallar olacaq. DÇ öncəsi yeni idmançılar heyətə salına bilməz. Məşqçilər 125 kq çəki dərəcəsində heç kimi aparmamaqla düzgün qərar qəbul ediblər. Çünki yeni gələcək idmançı hazırlıq keçməmiş ora gedə bilməz. Yəqin ki, qarşıdakı müddətdə alternativ variantlar fikirləşmək lazımdır. Beynəlxalq turnirlərdə yeni idmançıları sınamaq olar. Etiraz aksiyasına gəlincə, hadisədir olub keçdi. Ümid edirəm ki, Fransada bayrağımızı qaldıracaqlar. Rəhbərlik də komandamıza dəstək verəcək. Yəqin ki, hər şey qaydasına qoyulacaq. Toğrul Əsgərovun zədəsi hələ də var. Qarşıdakı müddətdə onun haqqında yekun qərar veriləcək. Həkimlər deyəcəklər. Əməliyyatsız da sağalması mümkündür. Toğrul Olimpiya çempionudur. Karyerasını bitirmək haqqında qərarı yalnız özü verə bilər. Amma bitirsə, təbii ki, federasiya da, biz də buna müsbət yanaşmayacağıq”. Firdovsi Umudov isə komanda ətrafında baş verənlərə daha ətraflı aydınlıq gətirib: “Bu ilin əvvəlində dünya kubokunda, Avropa çempionatında və İslam Oyunlarında yaxşı çıxış etdik. Bir neçə təlim-məşq toplanışı keçdik. Gürcüstanda və Dağıstanda beynəlxalq turnirlərdə qüvvəmizi sınadıq. Bunlara əsasən heyəti müəyyənləşdirdik. Bəzi çəkilərdə gənclərə yer verdik. Həmişə məşq proseslərimiz yüksək səviyyədə davam edir. Bizə federasiya da, dövlət də dəstək verir. Medal qazanmaq qalır güləşçilərimizin öhdəsinə”. Umudov güləşçilərimizi maaşların verilməməsi ilə bağlı keçirdiyi etiraz aksiyasına da şərh verib: “Güləş bizim üçün önəmli idman növüdür. Rio-2016 Yay Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazandı. Bunun 9-nu güləşdə əldə etmişdik. Hansısa problem olub və idmançılar etiraz edib. Amma onları bəzi dedikləri yanlış başa düşülüb. Durub bunu şişirtmək, böyütmək və şou yaratmaq lazım deyil. Azərbaycanlıyıq və vətənini sevən insan qazanılan nəticələrə kölgə salmamalıyıq. Bəzi insanlar var ki, başqa cürə yozurlar sözləri. Mənə məşqçi kimi də irad tuta bilərlər. Amma yanlış danışmaq olmaz. Dünənə kimi idmançıların pulunu sayanlar bu gün onlara haqq qazandırır. Mən baş məşqçi kimi yığma komandanın tərkibinə cavabdehəm. Onların hansı yolda olmasını bilməliyəm. Bu onlara da öz etirazımı bildirirəm. Onlar cavandırlar və biz başa salmışıq. Hər şeyi yoluna qoymuşam. Yüz dənə ayr-ayrı şaiyə gəzirdi. Deyirdilər ki, güləşçilər məşq keçmir. Bizim heç vaxt məşqlərimiz dayanmayıb. Bizə hər cür diqqət göstərilir. Bu cür gözəl zalımız var. 90-cı illərdə belə yerlər yox idi. Bazada qalır idmançılar və yemək-içməklə təmin olunurdular. Bəzi insanlar idmançıları qızışdırdı. Amma hər şey yaxşı bitdi”.
Tarix
15 Avqust 2017 [13:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin