“Qarabağ” tarixi oyuna çıxır

08:47 - 15 Avqust 2017 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.  Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini sınağa çəkəcək.  Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.  Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.  15 avqust UEFA Çempionlar Liqası Pley-off, ilk oyun 20:00. “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) Baş hakim: Paolo Talyavento Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso  Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu Qol.az

Xəbər xətti