Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək

09:34 - 11 Avqust 2017 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, yeni mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. “Bakcell Arena”da baş tutacaq maç saat 21:00-da start götürəcək. Bütün milli çempionatlarda iştirak edən klublar fərqli qrafik cızırlar. Səkkiz qat ölkə çempionu olan paytaxt komandasının son illər uğursuz çıxış etməsinin fonunda, Ağdam təmsilçisi ardıcıl 4 mövsümdür qızıl medallara yiyələnib. Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. “İnter” – “Qəbələ” matçı avqustun 12-ə təyin edilib. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək. Azərbaycan Premyer Liqası I tur 11 avqust (cümə) 21:00. “Neftçi” – “Qarabağ” “Bakcell Arena”

Xəbər xətti