Gəncədə avtomobil yolu keçən qadını vuraraq öldürüb

15:36 - 8 Avqust 2017 - HADİSƏ

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən qadın piyadanı vurub. Təxminən 50-55 yaşlı, hələ şəxsiyyəti müəyyənləşdirilməmiş qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Sürücü polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, yaralını xəstəxanaya sürücü aparıb.  

Xəbər xətti