Ağdaşda "QAZ-53" və "VAZ-2107" toqquşaraq yanıblar

10:25 - 7 Avqust 2017 - HADİSƏ

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb. Belə ki, Pirəzə kənd sakini Alı Məbud oğlu Aslanovun idarə etdiyi köhnə QAZ-53 markalı yük maşını Qəbələ sakininin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alovlanıb.  Avtomobildə olan şəxsləri çıxarmaq mümkün olub. Xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir. Hazırda yanğın söndürülür. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparır.

Xəbər xətti