Masallıda avtomobil körpüdən aşıb: sürücü ölüb

13:22 - 5 Avqust 2017 - HADİSƏ

Masallıda avtomobil körpüdən aşıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 4-də saat 23 radələrində Masallı rayonunun Xırmandalı kəndi ərazisində rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. 

Xəbər xətti