"Qarabağ"ın potensial rəqibləri məlum oldu

11:59 - 3 Avqust 2017 - İDMAN

Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq komandalar məlumdur. Qitənin ən nüfuzlu futbol turnirinin III təsnifat mərhələsinin son 14 oyunundan sonra "Qarabağ" da potensial rəqiblərini tanıyıb. Ucnoqta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, reytinqinə görə ilk səpələnmişlər arasına - daha güclü beşliyə düşə bilməyən Azərbaycan çempionu 5 səpələnməmişdən biri qismində avqustun 4-də baş tutacaq püşkatmanı gözləyəcək. Dəqiqləşdirsək, “Olimpiakos”, “Seltik”, “Kopenhagen”, APOEL və “Maribor” təmsilçimizin pley-offdakı potensial rəqibləridi.

Çempionlar yolu

Səpələnmişlər

“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Sloveniya)

Səpələnməmişlər

“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)

Liqa yolu

Səpələnmişlər

“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
MOİK (Rusiya)
“Sportinq” (Portuqaliya)

Səpələnməmişlər

“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Hoffenhaym” (Almaniya)
“Nitsa” (Fransa)
“Başakşəhər” (Türkiyə)

 

Xəbər xətti