Bu il Ceyhan limanından 14 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

17:20 - 2 Avqust 2017 - İQTİSADİYYAT

2017-ci ilin iyul ayı ərzində 2 milyon 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 678 min 704 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. SOCAR-dan Trend-ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 707 min 802 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 334 milyon 542 min 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Xəbər xətti