Lerikdə broyler fabrikində partlayışda ölən və yaralananların adları məlum olub

13:13 - 27 İyul 2017 - Xəbər

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 
 Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

Xəbər xətti