"Aztelekom" MMC-nin sabiq baş direktoru azadlığa buraxılıb

12:32 - 27 İyul 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.report

Xəbər xətti