Ana səhifə
17 Yanvar 2018

“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “2 Fevral – Gənclər Günü”ndə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri 13 iyul 2017-ci il tarixində Elmin İnkişafı Fondunun ofisində keçirilmiş mükafatlandırma mərasimində açıqlanıb. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi əsərlərin meydana çıxması, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. 

Birgə müsabiqə komissiyasının rəyinə əsasən, maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılıb:

I yer – Vüqar Məmmədzadə və Samir Ağayev, 1500 manat
II yer – Murad Hacıyev, 1000 manat
III yer – Nurlanə Kərimova və Yaşar Dəmirov (hər biri 500 manat)
“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim olunan məqalələr ölkənin iqtisad elmi sahəsində maliyyə maarifləndirilməsi istiqamətində aparılan ilk elmi işlərdir. Bu istiqamətdə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdırmaq üçün Elmin İnkişafı Fondu gələcəkdə də bənzər müsabiqə və tədbirlər keçirməyi planlaşdırır. 

Tarix
13 İyul 2017 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ