Ana səhifə
20 İyun 2018

"Telefon da aparacam, şəkil də çəkdirəcəm" - Natavanın toy qadağasına münasibə

Xəbər verdiyimiz kimi, iyulun 17-də müğənni Natavan Həbibinin toyu olacaq. Reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçi açıqlamasında deyib ki, toyda qonaqlara telefon gətirməməyi tapşırıb. O, çəkilişin edilməsinə icazə verməyəcəyini söyləyib. Ümumiyyətlə, N.Həbibidən əvvəl də sənət aləmində bir çox tanınmış toyunda çəkilişə icazə verməyib. Onlar arasında aparıcı İlkin Həsəni, müğənni Elçin Cəfərov, Xəyyam Nisanov kimi tanınmışlar yer alıblar.  Amma buna baxmayaraq, toydan yetəri qədər fotolar və videolar İnstaqramda paylaşılıb.
Bəs görəsən, məşhurlarımız toyda çəkilişə qadağa qoyulmasına və Natavanın "Telefon gətirməsinlər" sözünə necə münasibət göstərir?
Prodüser Tarix Əliyev (Tolik) Axşam.az-a açıqlamasında deyib ki, bunun qarşısını almaq mümkün deyil:

“Bu qadağanı anlaya bilmirəm. Elə bir dövrdə yaşayırıq ki, telefon insanların ayrılmaz hissəsidir. Hər dəqiqə zəng gələ, iş ola bilər. Əsasən də şou biznes nümayəndələrinə telefon mütləqdir, hər dəqiqə tədbiri çıxa bilər. Natavanı qınamıram. İndi bu dəb halına gəlib. Bəzi məşhurlar istəyirlər ki, insanlar onların normal fotolarını görsünlər. Jurnalistlər fotoqraf göndərəndə normal şəkil əvəzinə, xoşlayırlar oynayanda ətəyin açılmasını, kimin əlinin üstünə kim əlini qoydu kimi fotolar lentə almağı. Paylaşılandan sonra yazılan rəylər insanın toyuna pis təsir bağışlayır. Bundan sığortalanmaq istəyirlər. 

Natavan əslində demişdi ki, operator dostumuz Şahinin telefonunu alacam. Xəyyam toyunda operatorları qoymasa da video, şəkillər yayıldı. Sonra montaj etdi və efirə verdi. Çünki bunu böyük biznesmenlər də belə edirlər. Əgər bizim ölkə başçımızın gül balalarının toyundan videolar yayılıbsa, niyə başqaları bunu etməməlidir. Onlar istəsəydi bunun qarşısını asanlıqla ala bilərdilər. Onlardan artıq heç kim ola bilməz. Şəxsi həyatlarını istəsələr, yayımlanmasına icazə verməzdilər, ya da videoları sildirərdilər. Kimlərsə onlardan artıq deyil ki, nəyinsə qabağını alsınlar”.
Müğənni Xuraman Şuşalı isə bildirib ki, özü də toyunda belə qadağa qoymuşdu:
“Mənim də toyum mediaya qapalı oldu. Amma insanlar telefonla şəkil çəkdirib yaydılar. İndi də “Youtube”də toyumdan çox keyfiyyətsiz görüntülər yer alır. Onları görəndə əsəbiləşirəm. İndi sosial şəbəkə izləyiciləri çox aqressivdilər. Əgər gəlin durub oynayırsa, görüntünün altından ağızlarına gələni yazırlar. İnsan xoş günündə oynamamalıdır? 
Natavanın toyuna getməyəcəm. İçki olan məclisə qatılmıram. Nəmərimi göndərəcəm. Bir də gəlingötürmə mərasiminə qatılacam. Onun xına mərasimini mən edəcəkdim. Amma Natavan fikrini dəyişdi, xına etməyəcək. Deyir, toyun içində xına yaxarıq. Bunu da mən edə bilmirəm. İndi onu fikrindən daşındırmağa çalışıram”.
Müğənni Səidə Sultan isə toya telefon aparacağını söyləyib:
“Bəziləri olur ki ya bəy, ya da gəlin istəmir mediada məşhurlaşsın, ona görə də qadağan edir. Əgər sən həyat yoldaşına hörmət edirsənsə, onun fikri ilə də razılaşırsan. İndi bir az ya bəy, ya gəlin çirkin olursa, o qədər tənqid yazırlar ki... Elə ona görə də çəkilişə icazə verməmək yaxşıdır. Sosial şəbəkədə görüntü yaymaq və ya yaymamaq toy edənlərin öz arzusudur. Buna da qonaqlar hörmətlə yanaşmalıdırlar. 
Natavan mənim doğmam, evimin içidir. Orada mənim telefonum da olacaq, hər şeyim də. İllərdir bu günü gözləyirik. Şəkil də çəkdirəcəm. Amma paylaşmağımızı istəmirsə, özüm üçün saxlayacağam. Toyda ayaqyalın oynayacam”.

Tarix
12 İyul 2017 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin