Abşeronda yanğın olub

09:00 - 4 İyul 2017 - HADİSƏ

Abşeron rayonu, Digah qəsəbəsində vətəndaşa yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Abşeron rayonu, Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının tavanı 6 m2 və ev əşyaları qismən yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 14 m2 sahədə əriyib.
Yanğın saat 19:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti