Tramp müsəlmanları təbrik edib

08:13 - 25 İyun 2017 - DÜNYA

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik edib. Ucnoqta.az APA-ya istinadən xəbər berir ki,  təbrikdə qeyd olunub ki, ABŞ müsəlmanları müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları ilə birləşərək diqqəti xeyirxah işlərə yönəldirlər. Onlar bayramı ailələri və dostları ilə qeyd edərək, qonşulara yardım və çörəyi ən müxtəlif həyat tərzinə malik insanlarla bölüşmək kimi ənənələrə əməl edirlər. “ABŞ bütün dünya müsəlmanları ilə birlikdə bu dəyərlərə sadiqliyini ifadə edir” – təbrikdə belə deyilir.

Xəbər xətti