Avtomobil 9 yaşlı uşağı vurub öldürdü

12:09 - 20 İyun 2017 - HADİSƏ

Ucar rayonunda azyaşlını maşın vurub.Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 19-da saat 9 radələrində Ucar rayonunun Qəzyan kəndi ərazisində Lək kənd sakini Allahverdi Allahverdiyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Xəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.
Ucar rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti