Türkiyədə sərnişin avtobusu aşıb, 48 nəfər xəsarət alıb

11:44 - 19 İyun 2017 - DÜNYA

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 48 nəfər xəsarət alıb.APA-nın “haberturk.com”-a istinadən verdiyi məlumata görə, avtobus Çorum vilayətində körpüdən aşıb. Xəstəxanaya çatdırılan şəxslərdən üçünü vəziyyəti ağırdır.
Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğın-söndürmə briqadası cəlb olunub. 

Xəbər xətti