Ana səhifə
20 Avqust 2018

Azərbaycanın bir qrup jurnalisti Türkiyədə səfərdədir

Azərbaycanın müxtəlif KİV-lərini təmsil edən bir qrup jurnalist Türkiyədə səfərdədir. Türkiyə hökumətinin təşkilatçılığı ilə baş tutan səfərdə jurnalistlər İstanbul, Ankara və Qaziantep şəhərlərində olacaqlar.
Belə ki, Ankarada Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsində (AFAD), Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım İnformasiya Baş İdarəsində (BYEGM) görüş keçiriləcək. Media təmsilçiləri daha sonra Suriyadan gələn qaçqınların yerləşdirildiyi qaçqın düşərgələri ilə tanış olacaqlar.

Proqrama əsasən, jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcəklər.
İyunun 18-də başlayan səfər iyunun 24-də başa çatacaq.
Qeyd edək ki, Türkiyə hökuməti, ümumilikdə, dünyanın 40-a yaxın media təmsilçisini ölkəyə dəvət edib.report

Tarix
19 İyun 2017 [11:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin