Bakıda qonşu qonşusunu bıçaqlayıb

09:55 - 15 İyun 2017 - HADİSƏ

 Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Günəşli qəsəbəsi, V massivində 1960-cı il təvəllüdlü Məmmədov Sərdar Həsən oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti