Azərbaycan nefti ucuzlaşıb

10:03 - 14 İyun 2017 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,72 dollar və yaxud 1,47% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 48,31 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. report

Xəbər xətti