Rusiya-Qazaxıstan reysi yubanır - Təyyarə quşla toqquşub

13:34 - 13 İyun 2017 - HADİSƏ

Rusiyadan Qazaxıstana getməli olan təyyarənin uçuşu texniki səbəblərlə əlaqədar yubanıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, “Sibir” aviaşirkətinə məxsus təyyarə Novosibirskdən Almatıya uçmalı idi. Lakin uçuşdan əvvəl təyyarəyə baxış keçirildikdə təyyarənin üzərində quşla toqquşmanın izləri qeydə alınıb. Mütəxəssislər təyyarəyə hərtərəfli baxış keçirmək üçün sərnişinləri təxliyyə edib.

Xəbər xətti