Parisli qadın havanın çirklənməsinə görə Fransanı məhkəməyə verib

14:04 - 8 İyun 2017 - HADİSƏ

Havanın çirklənməsi ilə əlaqədar səhhəti pisləşən Parisli qadın Fransanı məhkəməyə verib. 56 yaşlı yoqa təlimçisi Klotilda Nonnez iddia edir ki, artıq 30 ildir ki, paytaxtda yaşayır və onun səhhəti getdikcə pisləşir. Onun nəfəs alma və astmatik problemləri var. Keçən ilin dekabrında Parisdə havanın çirklənmə səviyyəsi rekord həddə çatdıqdan sonra onun səhhəti daha da pisləşib. Onun vəkilinin sözlərinə görə, çirklənmiş havaya görə Fransada hər il 48 min adam ölür. Vəkil bildirib ki, analoji iddialar Fransanın bir sıra şəhərlərində də irəli sürüləcək. (oxu.az)

Xəbər xətti