Bakıda 35 yaşlı qadın qətlə yetirilib

14:02 - 5 İyun 2017 - HADİSƏ

Bakıda qadın qətlə yetirilib.Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.
Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər xətti