Siyəzəndə 36 yaşlı kişini qatar vuraraq öldürüb

09:24 - 30 May 2017 - HADİSƏ

Siyəzən rayonunda bədbəxt hadisə baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eyvazov Samir Kamal oğlunu qatar vurub. O, dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, hər iki ayağı amputasiya olunub. Həkimlərin səyinə baxmayaraq, xəsarət alan şəxs bu gün səhər saatlarında ölüb.
Fakt araşdırılır.

 

Xəbər xətti