Ana səhifə
17 Yanvar 2018

Naftalanda əsl cəbbəxana aşkarlanıb

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə ərazidəki fermalardan birində silah-sursat saxlanılması barədə məlumat daxil olub. Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova məxsus, biri-birinin yaxınlığında yerləşən iki fermaya polis əməkdaşları tərəfindən baxış keçirilib. Nəticədə hər iki tikilinin ərazisindən xeyli miqdarda silah-sursat - 3 ədəd “TOZ-8”, 3 ədəd “İJ-16” markalı tüfənglər, 1 ədəd “RQD-5”, 1 ədəd “F-1” qumbaraları, 1 ədəd patron darağı, 1 süngü bıçaq və 462 ədəd müxtəlif çaplı patron aşkar edilrək götürürüb. Araşdırma zamanı A.Süleymanov silahları Laçın rayonundan qaçqın düşərkən özü ilə gətirdiyini bildirib. Məlum olub ki, o, həmin tüfənglərdən yalnız birini ov silahı kimi qeydiyyatdan keçirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Elməddin

Tarix
25 May 2017 [16:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ