Reysə gecikən deputatlar təyyarəni geri qayıtmağa məcbur ediblər

15:38 - 25 May 2017 - Xəbər

Əfqanıstan Aviasiya İdarəsi iki deputata – Qulam Hüseyn Naseri və Abdulla Rahman Şahidaniyə qarşı iddia irəli sürüb. Belə ki, Kabuldan səmaya qalxan təyyarə onlara görə Bamianda enişi ləğv edərək geri qayıtmalı olub. Bu barədə “Əl-Cazirə” məlumat yayıb. Şahidaninin Bamianda polis zabiti olan oğlu təyyarənin geriyə Kabula qayıtması və atası ilə digər deputatı götürməsi üçün səy göstərib. Parlamentarilər onlara görə geri qayıdan təyyarəyə qalxıblar, uçuşdan öncə Şahidani bəyan edib ki: “Bundan sonra hamı mənim kim olduğumu və gücümü bilər”.(Oxu.az)

Xəbər xətti