Timsahı əvvəl gəzdirdi, sonra kabab etdi

12:02 - 24 May 2017 - MARAQLI

Çində bir kişi ən yaxın dostu adlandırdığı timsahı kəsərək ondan kabab çəkib. Hadisə Şenyan şəhərində baş verib. Adı açıqlanmayan kişi öncə yüzlərlə insanın olduğu küçədə heyvanı gəzdirib. Sonra isə ondan kabab çəkib. Gəzinti zamanı onun insanlara hər hansı zərər vura biləcəyini nəzərə alan sahibi vəhşi heyvanın ağzını bağlayıb. Heyvan sakit şəkildə sahibinin arxasınca gəzib. Şəhərin mərkəzindəki qeyri-adi görüntü bütün diqqətin onların üzərinə toplanmasına səbəb olub. Bir müddət gəzdikdən sonra sahibi 1, 5 metrə çatan timsahı kəsib və ətini bişirməyə başlayıb. (istipress)

Xəbər xətti