Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO

13:50 - 21 May 2017 - HADİSƏ

 Bakının Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binalardan birində yanğın baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə "Xətai" metrostansiyası yaxınlığındakı binanın 15-ci mərtəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın ütünün cərəyana taxılmış vəziyyətdə qalması səbəb olub.

Xəbər xətti