Ana səhifə
19 Oktyabr 2018

Vahid Əhmədov: “Rəsmilər dövlət televiziyasına çıxıb deməlidirlər ki, Beynəlxalq Bankda nə baş verir?”

“Azərbaycan iqtisadiyyatı ilə bağlı hər zaman mühüm addımlar atılanda, nəhəng layihələr reallaşdırılanda, yaxud prezident seçkiləri keçiriləndə Rusiya müxtəlif təzyiqlər planını işə salır. Rusiya faktiki olaraq Azərbaycanın müstəqil dövlətini qəbul etmək istəmir. Ona görə də vaxtaşırı Azərbaycana təzyiqlər göstərir. Minsk Qrupunun üzvü olduğu halda Ermənistana silah verir”. Deputat Vahid Əhmədov bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söylədi. İstiqlalçı deputat qeyd etdi ki, Azərabycanın daimi müstəqil siyasət yürütməsi şimal qonşumuzu qane etmir. V.Əhmədov Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qarşılığında addımlar atmağa çağırdı: “Avropaya inteqrasiya istiqamətində addımlar sürətləndirilməli, Azərbaycanın Rusiyadan silah alması məhdudlaşdırılmalı, ölkəmizin NATO-ya inteqrasiyasına önəm verilməlidir. Amma Azərbaycandakı rus icmasına qəti şəkildə toxunmaq olmaz!” V.Əhmədov digər bir vacib məsələyə də toxundu. Bildirdi ki, son vaxtlar Beynəlxalq Bankda yaranmış problemlərlə bağlı durum çox ciddi nəticələrə gətirib çıxarıb: “Bu məsələ Azərbaycanın maliyyə bazarına ciddi təsir göstərib. Ona görə də Azərbaycan rəsmiləri dövlət televiziyasına çıxıb nə baş verdiyi barədə ictimaiyyətə məlumat verməlidirlər, deməlidirlər ki, Beynəlxalq Bankda nə baş verir?” (musavat.com)

Tarix
16 May 2017 [14:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin