Quba sakini avtomobili ağaca vurub

13:01 - 9 May 2017 - HADİSƏ

Quba rayonunda yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 8-də saat 21 radələrində Quba rayonunun Nügədi kəndində kənd sakini Qabil Eldarov idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarındakı ağaca vurub, nəticədə sürücü hadisə yerində ölüb.

 Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti